Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya və Fransa COVID–19-la mübarizə tədbirlərini sərtləşdirir

Avropa ölkələrində koronavirus infeksiyasının “Omicron”ştamının geniş yayılmasının qarşısını almaq üçün Avstriya və Fransa tədbirləri sərtləşdirir. Fevral ayından Avstriyada yaşı 18-dən yuxarı olan bütün şəxslər peyvənd edilməlidirlər. Yalnız uşaqlar, hamilə qadınlar və bir çox xəstəlikdən əziyyət çəkənlər peyvənd oluna bilməz. Peyvənd olunmayanlar 3600 avro cərimə olunacaqlar.

Fransa parlamenti isə qəbul etdiyi qərarda bildirib ki, bütün kafe, restoranlara, mədəniyyət müəssisələrinə yalnız peyvənd olunanlar buraxılacaq. Qatarla uzaq yol gedənlər də peyvənd olunmaları haqqında sənədi göstərməlidirlər. Peyvənd olunmayanlar cərimə olunacaqlar.

Qeyd edək ki, Avropa ölkələrində COVID-19 virusunun “Omicron” ştamı geniş yayılır. Bunun qarşısını almaq üçün bütün ölkələr öz qüvvələrini səfərbərliyə alıblar.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

18 Yanvar 2022 09:47 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə