Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şimali Koreya bu ay dördüncü raket buraxılışını həyata keçirib

Şimali Koreya Pxenyandakı Sunan aeroportu rayonundan Yapon dənizi istiqamətində iki ballistik raketin buraxılışını həyata keçirib. Bu barədə Yaponiyanın sahil mühafizə idarəsindən bildirilib. Raketlər Yapon dənizinə düşüb. Məlumatı “İzvestiya.ru” verib.

Rusiyanın Primorsk Hid­rometeorologiya Xidmətindən verilən informasiyaya görə, raket buraxılışından sonra ölkənin KXDR-lə həmsərhəd olan bu yeganə regionunda radiasiya fonu normada olub.

Qeyd edək ki, bu, KXDR-in təkcə bu ilin əvvəlindən bəri həyata keçirdiyi dör­düncü buraxılışdır. Cənubi Koreya hərbçiləri bildiriblər ki, Şimali Koreya yanvarın 5-də, 11-də və 14-də də raket buraxılışları haqqında elan edib. Pxenyan təsdiq edib ki, yanvarın 5-də və 11-də hipersəsli raketin sınağını keçirib. Yanvarın 14-də isə raket dəmir yolu platforma­sından buraxılıb.

Yaponiya hökuməti rake­tin ölkənin müstəsna iqtisadi zonasından kənara düşdü­yünü bəyan edib. Baş nazir Fumio Kisida hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumat vermək, gəmi və təyyarələrin təhlükəsizliyini yoxlamaq və hadisələrin hər cür inkişafına hazır olmaq barədə göstəriş verib.

Yaponiyanın Xarici İşlər naziri Yesimasa Hayasi jurnalistlərə bildirib ki, Şimali Koreyanın təkrar raket burax­ması “böyük təəssüf doğu­rur”, detallar mütəxəssislər tərəfindən dəqiqləşdirilir və təhlil edilir.

Yanvarın 14-də keçirilmiş raket sınağının yolverilməzliyi haqqında Böyük Britaniya da bəyanat yaymışdı. Ölkə XİN-dən bildirilmişdi ki, KXDR-in qeyri-qanuni silah istehsalına qarşı sanksiyalar davam etməlidir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas- Qrinfild isə təklif etmişdi ki, Pxenyanın keçirdiyi hipersəsli raket sınağı ilə bağlı bu ölkəyə əlavə sanksiyalar tətbiq edilsin.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

18 Yanvar 2022 04:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə