Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il sənaye məhsulu istehsalı 5,2 faiz artmışdır

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır.

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorun­da istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı 23,0 faiz artmışdır.

Emal sektorunda tikinti materiallarının istehsalı 80,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,3 faiz, tütün məmulatlarının istehsalı 54 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kağız və karton istehsalı 26,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,5 faiz, mebel is­tehsalı 24,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4 faiz, hazır metal məmulatlarının istehsalı 17,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9 faiz, neft məhsullarının istehsalı 13,4 faiz, qida məhsullarının istehsalı 10,2 faiz, kompü­ter, elektron və optik məhsulların istehsalı 8,3 faiz, içki istehsalı 2,3 faiz artmış, maşın və avadanlıqların istehsalı 9,1 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, geyim istehsalı 21,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 45,2 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sekto­runda istehsalın həcmi 7,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,2 faiz artmışdır.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

18 Yanvar 2022 09:00 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 May 2022 | 10:42
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə