Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 15        Bakı şəhəri, 14 yanvar 2022-ci il

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaq-larının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3053 nömrəli Sərəncamının 2-ci hissə-sinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1349; 2018, № 3, maddə 612, № 11, maddə 2432; 2019, № 4, maddə 750, № 9, maddə 1550) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilsin.”;

1.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

18 Yanvar 2022 03:27 -

Köhnə versiyamızdan xəbərləri izlə