Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 14 Bakı şəhəri, 14 yanvar 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının 2.2-ci bəndinin və “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 826; 2002, № 10, maddə 637; 2003, № 9, maddə 523; 2005, № 8, maddə 780; 2006, № 6, maddə 563, № 11, maddə 998; 2007, № 9, maddə 924; 2008, № 4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362; 2015, № 12, maddə 1578; 2016, № 4, maddə 828; 2017, № 5, maddə 970, № 8, maddə 1605; 2018, № 3, maddə 605, № 6, maddə 1355; 2019, № 2, maddə 366, № 8, maddə 1453) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiya­da təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə