Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Samsun şəhərində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

 

Türkiyənin Samsun 19 May Universitetində (Ondokuz Mayıs Üniversitesi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Samsun Azərbaycan Tələbələr Təşkilatı tərəfindən keçirilən mərasimdə universitetin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra çıxışlar dinlənilib.

Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bəşəri cinayəti əks etdirən film nümayiş olunub.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi keçirilib.

Mərasim bədii hissə ilə davam edib.

Sabir ŞAHTAXTI,

AZƏRTAC-ın xüsusi müxbiri

Samsun

18 Yanvar 2022 03:24 -

Köhnə versiyamızdan xəbərləri izlə