Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı tələbələr Türkiyə Aviasiya və Kosmik Sənaye şirkətində təcrübə keçəcək

 

Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyə Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Şirkətdən bildiriblər ki, protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ-ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akade­miyasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıblar.

Sənədə əsasən, AzTU tələbələri TU­SAŞ–da 4 ay müddətində təcrübə proqramı keçəcək. Təcrübə proqramında iştirak üçün AzTU-nun bakalavr (4-cü kurs), magistrant və doktorant tələbələri arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq. Eyni zamanda tələbələrə təcrübə proqra­mı müddətində gördükləri işin müqabilində əməkhaqqı da ödəniləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ-dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU tələbələri TUSAŞ-ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcək. Bundan başqa, TUSAŞ-ın 2022-ci ildə AzTU-da karyera sərgisi keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, isteh­salı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.

“Xalq qəzeti”

18 Yanvar 2022 04:23 -

Köhnə versiyamızdan xəbərləri izlə