Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Fond Birjasının ticarət dövriyyəsi 15 milyard manatı keçib

Bakı Fond Birjasının (BFB) 21 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2021-ci il ərzində ticarət dövriyyəsi 15,3 milyard manat təşkil edib. BFB-dən verilən məlumata görə, kapital bazarının inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq ümumi ticarət həcmində, korporativ qiymətli kağızlar bazarında və repo əməliyyatlarında birja tarixinin ən yüksək nəticələrini əldə edib.

Bazar kapitalizasiyasının həcmi 4,3 milyard mana­ta yüksələrək Bakı Fond Birjasının tarixində ən yüksək göstəriciyə çatmışdır. Korporativ qiymətli kağızların (ipote­ka istiqrazları istisna olmaqla) buraxılışı həcmində rekord göstərici qeydə alınıb və ümumi məbləği 376 milyon manat olan 33 yerləşdirmə həyata keçirilib. Müqayisə üçün qeyd etmək olar ki, 2018-2020-ci illər ərzində Bakı Fond Birja­sında ümumi məbləği 350 milyon manat olan 26 korpo­rativ qiymətli kağız (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilib.

2021-ci il repo əməliyyatlarının həcmi üzrə 7,2 milyard manat olmaqla Bakı Fond Birjasının tarixində son illərin ən yüksək dövriyyəsi qeydə alınıb. Müqayisə olaraq, 2018-2020-ci illər ərzində bu göstərici ümumilikdə 3,8 milyard manat təşkil edib. Bakı Fond Birjasının ümumi ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 18 faizə yüksəlib.

“Xalq qəzeti”

18 Yanvar 2022 04:16 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 May 2022 | 10:42
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə