Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədidə yanğına qarşı maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayonunda yerləşən “Atena” süd emalı zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

FHN-dən verilən məlumata görə, tədbirdə istehsal sahələrində yanğın təhlükəsizliyi normaları, həmçinin adıçəkilən obyektdə yanğına qarşı tələblər barədə məlumat verilib.

Bundan başqa, müəssisə ərazisinin istifadəsiz tullantılardan mütəmadi təmizlənməsinin, yanğınxəbərverici siqnalizasiya qurğularının və daxili yanğın su kranlarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, təxliyə planı barədə izahedici söhbətlər aparılıb, eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əməkdaşlara əyani şəkildə izah edilib.

17 Yanvar 2022 15:12 -

Köhnə versiyamızdan xəbərləri izlə