Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DYP qarlı hava ilə bağlı yollarda son vəziyyəti açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı son vəziyyətlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, ötən gün saat 19:00-dan başlayaraq DİN Baş Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirib.

Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb.

17 Yanvar 2022 14:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə