Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Karantin qaydalarını pozan çayxana sahibi həbs olunub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən çayxana müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən çayxananın gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyektin sahibi Ələsgər Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

17 Yanvar 2022 14:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə