Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhriyar Məmmədyarov növbəti turda da heç-heçə edib

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar.

Qeyd edək ki, şahmatçımızın birinci turda Rusiyanın diğər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb.

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

17 Yanvar 2022 10:29 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə