Ən son xəbərlər
Dünyanın ən yaxşı qadın futbol klubları və liqaları açıqlanıb. Bildirilir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəllərində 10 klub və 8 liqa yer alıb. Planetin ən yaxşı qadın futbol klubu “Barselona”dır. İspaniya təmsilçisinin 225 xalı var. İngiltərə təmsilçisi “Çelsi” 40 xalla ikincidir. İlk "üçlüy"ü Braziliya “Korintians”ı tamamlayır – 30 xal. Qeyd edək ki, liqalar arasında Fransa Divizion birincidir – 85 xal. İngiltərə Super Liqası 70 xalla ikincidir. İspaniya Primerasının 50 xalı var.
Məlumatı “Futbolhd” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə