Ən son xəbərlər
Yaponiyada koronavirusun “Omicron” ştamından ilk ölüm halı qeydə alınıb. Məlumata görə, “Omicron” ştamına yoluxduğu təsdiqlənmiş yaşlı şəxs Sidzuoka şəhərində dünyasını dəyişib. Qeyd olunur ki, dünən Yaponiyada 22 min 45 nəfərdə koronavirus aşkarlanıb, virusa yoluxmuş 11 nəfər ölüb. Ölkənin bütün 47 prepekturasında “Omicron” ştamına yoluxma halları qeydə alınıb.
Məlumatı RİA “Novosti” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə