Ən son xəbərlər
Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi və İstanbulda “Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Atakule qülləsinin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə–Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub.
İstanbulun möhtəşəm mənzərəsinə gözəllik qatan şanlı bayrağımızın rəngləri izləyənlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, iki ölkənin qardaşlığına dair əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq İstanbulun müxtəlif rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə