Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il dünya okeanının temperaturu rekord səviyyədə isinib

“Advances in Atmospheric Science” jurnalının məlumatına görə, beynəlxalq alimlər qrupu 2021-ci ildə dünya okeanın temperaturunun rekord səviyyəyə çatmasını müəyyən edib.

 

Mənbə qeyd edir ki, planetin əksər hissəsini əhatə edən okean suları üçün bu rekord növbəti dəfə qeydə alınıb. Belə ki, yeni araşdırmalar göstərib ki, 2021-ci ildə okeanlarda suyun temperaturu müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb. İlk növbədə iqlim dəyişmələri ilə bağlı olan bu nəticə qlobal istiləşmənin çox sadə indikatoru kimi izah olunub.

Mütəxəssislər qeyd edirlər ki, XX əsrdə temperatur rekordu ilk dəfə 1955-ci ildə qeydə alınıb. Okeanlar üçün ən isti ikinci rekord 2020-ci, üçüncü isə 2019-cu il olub.

Araşdırma müəlliflərindən biri, Kolorado Milli Atmosfer Tədqiqatları Mərkəzinin iqlim mütəxəssisi Kevin Trenbert dünya okeanında baş verən istiləşməni belə izah edib: “Bütün dünyada okeanlar daim istiləşməkdədir. Bu, antropogen amillə bağlı olan iqlim dəyişmələrinin əsas göstəricisidir”.

Alimlər bildiriblər ki, okeanlar insanın fəaliyyəti nəticəsində ayrılan karbon qazının, təqribən, üçdə bir hissəsini udur, nəticədə, okean suları turşulaşır.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

16 Yanvar 2022 02:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 May 2022 | 23:00
İstehsal bərpa olunur
17 May 2022 | 22:59
Baş nazirin açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə