Ən son xəbərlər
ABŞ-ın Nyu-Cersi ştatının Passaik şəhərində xlor istehsal edən kimya zavodunda yanğın baş verib. Yanğın yerli vaxtla saat 20:30-da başlayıb. Alov zavodun anbarını və iki istehsalat binasını əhatə edir. Yaxınlıqdakı küçə və yollar bağlanıb. Xəsarət alan yoxdur.
“CBS New York”un məlumatına görə, şəhərin meri Hektor Lora bəyan edib ki, əhalini evakuasiya etmək tələb olunmur. Mer zavodun yaxınlığında yaşayan şəhər əhalisindən xahiş edib ki, mümkünsə pəncərələri açmasınlar.
Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər çalışırlar.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə