Ən son xəbərlər
Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib. Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 milyon manat çox olmaqla 4 milyard 592 milyon manat vəsait ödənilib.
2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə