Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin tarixi xəyanətlərinin iflası

Tarixin pozulmaz qanunu var: ədalətsiz müharibə, işğalçılıq savaşı tez-gec məğlubiyyətə məhkumdur. Bu həqiqəti anlamaq istəməyən ermənilər 30 il əvvəl başladığı təcavüzkarlıq aksiyalarının sonda iflasa uğrayacağını düşünmədiklərinə görə 1 ildən artıqdır ki, uydurma tarixlərinin ən acınacaqlı günlərini yaşayırlar.

Bu toplumun özgə torpaqlarında parazit çayırotu kimi kök ata-ata gəlib Qafqaza çıxmış, burada­kı xayanətkarlıqlarının əvəzində havadarları tərəfindən tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan adlı oyuncaq dövlətlə mükafatlandırılmışlar. Bəs görəsən, haylar XX əsrin axırlarında qon­şu torpaqlarına yiyələnmək üçün ədalətsiz müharibəyə hansı ağıl və arqumentlərlə ümid bəsləmişdilər?

Ağıl məsələsinə gələndə tarix boyu güclülərin əlində alətə çevril­miş bu xain toplumda belə bir zəruri milli keyfiyyət hələ də formalaşma­yıb. Onların zehniyyətində sağlam düşüncə əvəzinə, hiylə, haram­xorluq, zorakılıq, qan tökməkdən, dağıtmaqdan zövq almaq kök atıb. Belə əməllərinə görə dəfələrlə cəzalandırılsalar da, bundan nəticə çıxartmayıblar. Özlərini “zavallı” xalq adlandırıb yeni facilər törədiblər. Beləliklə, xəstə təxəyyüllü bu xalq sonuncu Qarabağ avantürası ilə özlərini saxta taixlərinin ən ağır cazasına tuş etdilər. Azərbaycana qarşı ədalətsiz müharibədən çəkinməməklərinin səbəbinə gəldikdə isə bu, əvvəla, bizim bu xainlərin qəsdlərinə dözüb, unutqan olmağımızla, ikincisi isə havadarları­nın bu şirniklənmədən istifadə edib, öz maraqları naminə hay toplumu­nu üstümüzə qısqırtması ilə bağlı olmuşdur.

Gəlin qısaca da olsa son 2 əsrin bu həqiqəti təsdiqləyən faciəli və qanlı tarixinə nəzər salaq. 1804–1813-cü və 1826–1828-ci illərdə çar Rusiyası və qacarlar İranı arasında hərbi toqquşmalar milli tariximizə Azərbaycan tor­paqları uğrunda aparılan işğalçı və qarətçi müharibələr kimi daxil olmuşdur. Rusiya imperiyasının hakim dairələri Azərbaycanın şimal ərazisinin işğalından əvvəl, bura­da möhkəmlənmək və özləri üçün siyasi dayaq yaratmaq planlarını da işləyib hazırlamışdır. Azərbaycan ərazisində xristian əhalinin üstün­lüyünü təmin etmək, ilk növbədə, qonşu İran və Osmanlı dövlətləri ərazisindən özlərini hay adlandıran erməniləri torpaqlarımıza gətirib məskunlaşdırmaq həmin məkrli siyasətdə mühüm yer tutmuşdur.

Nə üçün Rusiya imperiyası belə bir planı həyata keçirməkdə haylara arxalanırdı? İlk növbədə, ona görə ki, haylar rusların Cənubi Qafqaza işğalçılıq yürüşlərində fəal iştirak edirdilər. Torpağı, vətəni, paytaxtı, dövlətçilik tarixi, folkloru, mədəniyyəti və tarixi şəxsiyyəti olmayan haylar, ruslara göstərdiyi bu nökərçilik xidmətlərinin əvəzində tarixi Azərbaycan torpaqlarına sahiblənmək istəyirdilər.

Qacar şahı Ağa Məhəmmədin Qarabağ xanlığına yürüşləri və Rusiya ilə İran arasında baş verən müharibələr qarabağlıların öz ata-baba torpaqlarından didərgin düşmələrinə səbəb olmuşdu. Bu yerin köklü sakinlərinin məcburi surətdə öz vətənini tərk etməsi Qarabağda azərbaycanlıların say­larının azalmasına təsir göstərməyə bilməzdi və göstərdi.

Beləliklə, Rusiya–İran müharibələri zamanı Qarabağ xanlığında ərazinin xeyli hissəsi boş qalmışdır. Kəndlər yandırılmış, əhalinin əmlakı qarət edilmişdir. Təsərrüfatı bərpa etmək üçün Qa­carlar məmləkətinə qaçan və apa­rılan əhalini geri qaytarmaq lazım idi. 1813-cü ildə Rusiya ilə Qacarlar sarayı arasında bağlanan Gülüstan sülhündən sonra 811 ailə İrandan bu taya gəldi. Ümumiyyətlə, həmin sülh müqaviləsindən sonra 4 min qarabağlı ailəsi geri qayıtmışdır.

1823-cü ildən isə Rusiya imperi­yası hayları kütləvi surətdə İrandan və Osmanlıdan Qarabağa köçürmək siyasətinə start vermişdir. 1828-ci il fevral ayının 10-da Rusiya ilə Qacarlar sarayı arasında imzalanan Türkmənçay sülh müqaviləsindən sonra hayların Qarabağ ərazisinə gətirilib məskunlaşdırılması misli görünməmiş hal almışdır. Müqavilənin XV maddəsi həmin kütləvi köçürmədən bəhs edirdi. 1823-cü ilə aid olan kameral (hesabat) təsvirdə göstərilirdi ki, Qarabağ əyalətində yaşayan 20 min 95 ailənin 15 min 729-u (78,3 faizi) azərbaycanlı, 4 min 366 ailə isə başqa millət və xalqların nümayəndələri idilər.

1829-cu il sentyabr ayının 14-də Rusiya ilə Osmanlı dövləti arasında imzalanan Ədirnə sülh müqaviləsindən sonra Türkiyədən hayların Şimali Azərbaycan ərazilərinə gətirilmələri daha da sürətlənmişdir. Bu köçürmənin nəticəsi olaraq, 1832-ci il məlumatına görə, Qarabağ əyalətində 13 min 965 azərbaycanlı, 6 min 491 hay ailəsi yaşayırdı.

Göründüyü kimi, Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra gəlmə hayların Qarabağ əyalətində sayı birdən-birə xeyli artmışdır. Ermənilərin kütləvi surətdə torpaqla­rımıza gətirilib məskunlaşdırılması, gələcəkdə onların ərazimizdə özləri üçün ayrıca dövlət yaratmaq həvəslərini artırdı.

1828-ci il mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqları əraziləri hesabına, Rusiya impe­riyası “Erməni vilayəti” deyilən saxta inzibati qurum yaratmışdır. Bu qondarma “vilayətdə” 81 min 747 nəfər azərbaycanlı, Qacarlar məmləkətindən köçürülüb gətirilən 6 min 949 hay yaşayırdı. Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra Qacarlar İranından 40 min və Osmanlı Türkiyəsindən isə 200 mindən çox hay ailələri qeyri-qanuni olaraq Rusiya imperiyası tərəfindən tarixi Azərbaycan ərazilərinə gətirilib məskunlaşdırılmışdır. 1849-cu il iyun ayının 9-da Rusiya imperiyasının hakim dairələri öz mövqeyini Şimali Azərbaycanda və eləcə də Cənubi Zaqafqaziyada möhkəmlətmək üçün İrəvan quberniyası yaratmış, tarixi torpaqlarımızda hay ünsürləri üçün gələcəkdə dövlət yaradılmasının əsasını qoymuşdur.

Bütün bunlar bir daha göstərir ki, Rusiya imperiyası ilə İran və Osmanlı dövlətləri arasında getmiş müharibələr olmasaydı, nə Qara­bağda, nə Zəngəzurda, nə də İrəvan torpaqlarında haylar da olacaqdı. Eyni zamanda həmin sözləri, Rusiya və Osmanlı Türkiyəsi arasında gedən müharibəyə də aid etmək lazımdır.

1918-ci il may ayının 29-da isə qərb dövlətlərinin təzyiqi ilə Azərbaycan Xalq Cumhuriyyəti hökuməti müəyyən şərtlərlə İrəvan şəhərini paytaxt şəhəri kimi daşnak hökumətinə güzəştə getdi. Beləliklə də, Qərbi Azərbaycan ərazisində qondarma hay dövləti yarandı. Bu faktlar bir daha göstərir ki, İrəvan şəhərinin haylara heç bir aidiyyatı yoxdur.

XX əsrin 20-ci illərində “Ermənistan” adlanan oyuncaq dövləti rus bolşevikləri Azərbaycanın Qərb torpaqlarında yaratmışdır. Vaxtilə bu məkanda İrəvan xanlığı yerləşirdi. Bura azərbaycanlıların tarixi vətənidir. İrəvan şəhəri oyun­caq Ermənistan dövlətinin paytaxtı olandan sonra burada Azərbaycan xalqına məxsus bütün maddi-mədəniyyət abidələri, o cümlədən 8 məscid hay ünsürləri tərəfindən məhv edilmişdir.

Yalnız öz maraqlarını düşünən, bəşəri xəzinəyə dəyərli heç nə verməyən bu toplumun özgə torpaqlarına yiyələnmək kimi yolverilməz cinayəti, nəhayət, ötən ilin payızındakı Qarabağ uğrunda savaşda ilk dəfə layiqincə cəzasını aldı. Azərbaycan Ordusu bütün dünya haylarının və onların havadarlarının himayə etdiyi və şirnikləndirdiyi işğalçı, quldur hay silahlı birləşmələrini darmadağın edib özgə torpaqlarına yiyələnməyin mümkün olmadığını bu haramxorla­ra sübut etdi.

Qarabağdakı qələbəmiz 30 il həsrətində olduğumuz müqəddəs ana torpaqlarımızın və ata-baba yurd yerlərimizin hay faşizminin işğalına əbədi son qoydu. Bu qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli ordumuzun və xalqımızın siyasi-mənəvi birliyinin parlaq tarixi nailiyyətidir. Bu qələbə ilə Azərbaycan xalqı hay faşizmi­nin tarixi xəyanətlərinin intiqamını alaraq onlara əbədi bir dərs verdi. Bu dərsin qısaca məzmunu belədir: Özgə torpaqlarına yiyələnmək heç bir yolla, eləcə də ədalətsiz müharibə ilə mümkün deyil.

Tarixin pozulmaz qanununun hökmü ilə, özünü “məğlubedilməz” sayan quldur, qarətçi, mənəvi cəhətdən pozğun hay faşist ordusu Azərbaycanın məcburən apardığı ədalətli Vətən müharibəsində dar­madağın edildi. Şanlı Azərbaycan Ordusu zəfər müharibəsinin ilk günlərində döyüş meydanlarında təşəbbüsü ələ alaraq, qələbəmizi tarixən ən qısa müddətdə gerçəkləşdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işlənib hazırlanan, müasir hərb döyüş planlarından da üstün olan, elmi cəhətdən əsaslandırılmış zəfər müharibəsi cəmi 44 günə başa çat­dı. Hay faşist ordusu bütün cəbhə boyu fəlakətə və məğlubiyyətə uğradıldı.

Çox əfsus ki, dədə-baba torpaqlarından, isti ocaqlarından müvəqqəti olaraq ayrı düşən bir çox soydaşımız bu şanlı qələbəmizi görə bilmədi...

Sevimli Prezidentimizin dönə-dönə dediyi kimi, 1 ildən artıqdır ki, mifləşdirilmiş hay ordusu yoxdur. Beləliklə də, 2016-cı ildə Cocuq Mərcanli döyüşlərində bel sütunu sındırılan hay faşist ünsürlərinin günəşi əbədi olaraq söndürüldü. Dö­yüş meydanlarında aciz qalan, ordu­muz tərəfindən taqətdən salınan hay faşist ünsürləri məğlubiyyətlərinin əvəzini mülki əhalidən çıxmaq üçün Gəncə, Bərdə, Mingəçevir və digər yaşayış məntəqələrimizi raketlərdən atəşə tutdular. Mülki əhali ara­sında həlak olanlar və müxtəlif dərəcələrdə yaralananlar oldu.

Azərbaycan tərəfi humanistlik göstərərək, müharibə qanunları­nı əsas tutaraq, düşmən tərəfinin mülki əhalisinin yaşadıqları şəhər və kəndlərə zərbə vurmadı. Bunun üçün silahlı qüvvələrimizin çox böyük hərbi imkanları olsa da, İrəvan şəhəri də daxil olmaqla, düşmənin şəhər və kəndlərini cəhənnəmə çevirmədi.

Vətən müharibəsi günlərində, yəni 1056 saat ərzində faşist hay quldur silahlı qüvvələri misli-bərabəri olmayan, sağalmaz hərbi məğlubiyyətə düçar oldular. Bu müddət ərzində Azərbaycan Ordusu düşmənin 3 milyard ABŞ dolları məbləğində hərbi texnikasını məhv etdi və qənimət kimi götürdü. Hay faşist ünsürləri döyüş meydanların­da 6 mindən çox əsgər və zabitini itirdi. 11 mindən çox hay faşist ünsürü yaralandı və ömürlük şikəst oldu. 10 min hay əsgəri fərarilik etdi. 44 günlük ədalətli müharibənin gedişində “məğlubedilməz” hay quldur birləşmələri tarixin ədalətsiz müharibələr aparmış bütün orduları kimi darmadağın edilib, öz xaraba məskənlərinə qovuldu.

Bu qələbə ilə Azərbaycan ermənilərin əsrlər boyu törətdiyi xəyanətləri cavablandıraraq, xalqımızı narahat etmiş bir çox məsələləri birdəfəlik həll etdi. Qon­darma “Dağlıq Qarabağ” coğrafi adı Azərbaycan əsgərinin ayaqqabıla­rına silinərək tarixin zibilliyinə atıldı. Hay ünsürlərinə əsassız olaraq verilən və onları qudurdan 100 illlik muxtariyyat güzəşti ləğv edildi.

Hay faşistləri müvəqqəti olaraq işğal altında saxladıqları Azərbaycan ərazisində onları tarix boyu rüsvay edəcək qanlı cinayətlər törətmişlər. Erməni vandallar Ağdam, Füzuli, Cəbrayil, Qubadli, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa və digər şəhər tipli qəsəbələrdə, kəndlərdə daşı-daş üstündə qoymamışlar. Xalqımızın maddi, mədəni və dini abidələri məhv edilmişdir. Bunların qisasını Azərbaycan Ordusu açıq döyüş meydanlarında aldı. Hay quldurları 30 il ərzindəAazərbaycana trilyon dollara çatan maddi ziyan vurmuş­lar. Xalqımıza və dövlətimizə vuru­lan bu ziyanın əvəzi hay dövlətindən mütləq alınmalıdır.

Şanlı qələbəmizdən keçən bir il ərzində hay faşistləri tərəfindən dağıdılmış yaşayış məntəqələri, kəndlər, tarixi abidələr sürətlə bərpa olunur. Füzulidən Şuşaya çəkilən zəfər yolu yuxarı Qarabağın şah damarına çevrilib. 2021-ci il okt­yabr ayının 6-da Bakıdan cəmi 8 aya yaradılan Füzuli təyyarə meydanına “Qarabağ” təyyarəsi uğurla uçuş həyata keçirdi. Azad edilmiş şəhərlərə sakinlərin səfərləri təşkil olunur. Müzəffər Preziden­timiz İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət mərkəzi, 2022-ci ili isə ölkəmizdə “Şuşa ili” elan etmişdir. 2021-ci il may ayının 15-də Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşanın Cıdir düzündə imzaladıqları Şuşa Bəyannaməsi düşmənin gələcək hiylə və qəsdlərinin qarşısına möhkəm bir sipər çəkdi.

Əsas məsələlərdən biri də hay hərbi xuntasının keçmiş “rəhbərləri” Robert Koçaryanın və Serj Sar­kisyanın beynəlxalq məhkəməyə verilməsidir. Bu cəlladlar xalqımıza qarşı qanlı cinayətlər törətmişlər. Onlar Ermənistan deyilən oyuncaq dövlətin rəhbərliyinə yalnız varlan­maq, soyğunçuluq və quldurluqla məşğul olmaq niyyəti ilə gəlmişdilər. 44 günlük zəfər müharibəsi bu iki quldurun erməni toplumunun başına açdığı oyunun faciəli sonu oldu.

2021-ci ilin II Qarabağ müharibəsi sübut etdi ki, Azərbaycan xalqı dəmir yumruq kimi birləşdikdə onun qarşısında heç bir düşmən dayana bilməz. Qarabağ Azərbaycanın qədim ərazisidir və onu heç kəs, heç nə xalqımızdan qopara bilməz. Zəfər nidamızda səsləndirdiyimiz kimi: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Yunis HÜSEYNOV,

 tarix üzrə fəlsəfə doktoru,

Şuşa şəhərindən məcburi köçkün

 

16 Yanvar 2022 00:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə