Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi gücümüzün göstəricisi

 

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 meqavat gücündə “Xı­zı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsinə ünvanlan­mış mühüm hadisədir. Hesablamalara görə, külək elektrik stansiyası ildə, təxminən 1 mil­yard kilovat/saata qədər elektrik enerjisi is­tehsal edəcək. Bu layihə, ümumilikdə ölkədə “yaşıl enerji” siyasətinin tərkib hissəsidir. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz tərəfindən Qarabağda elan olunmuş “yaşıl enerji” məkanı da bu istiqamətdə reallaşdırı­lan bir təşəbbüsdür.

Yeni layihənin təməlqoyma mərasimi dövlət başçısı tərəfindən Azərbaycan enerji sisteminin qarşısında qoyduğu hədəfə çatmaq istiqamətində atılan daha bir qətiyyətli addımdır. Bu hədəf 2030-cu ilə qədər respublikamızın generasiya güclərinin 30 faizinin alternativ, yəni bərpaolunan enerji mənbələri olmaqdan ibarətdir. İndiyə qədər bu istiqamətdə bir sıra konkret addımlar atılıb. Lakin külək elektrik stansiyası layihəsi həmin istiqamətdə görülən işlər sırasında beynəlxalq aləmin diqqətini daha çox cəlb edəcək. Möhtərəm Prezidentimiz də layihənin təməlqoyma mərasimindəki çıxışında bunu yüksək dəyərləndirdi. Dedi ki, bu stansi­ya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Bu nəhəng layihəsinin tikintisi ilə əlaqədar bir il bundan əvvəl Azərbaycan Energetika Na­zirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində bu istiqamətdə fəal iş aparılırdı. Koronavirus pandemiyası­nın dünyanı təşvişə salmasına və bir sıra iri şirkətlərə ciddi zərbə vurmasına baxmayaraq, ölkəmizdə nəzərdə tutulan layihələrin reallaşdı­rılması səngimədi. Mütəxəssislər də bildirirlər ki, bu Azərbaycanda bərpaolunan enerji sektorun­da ən böyük elektrik stansiyası olacaq. İstehsal gücü 240 meqavat olan stansiya həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, həm də çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Dövlət başçımızın da qeyd etdiyi kimi, həmçinin ölkəmizin təbii qaza qənaəti ilə bağlı planla­rımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində də bu stansiyanın çox böyük əhəmiyyəti var.

Bu nəhəng layihənin təməlqoyma mərasimi bir daha təsdiqlədi ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bunun nəticəsidir ki, ölkəmizdə xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Eyni zamanda, bu layihə bir daha təsdiqləyir ki, Azərbaycanın həm də ikitərəfli dövlətlərarası əlaqələrinin rolu çox böyükdür. Son illər Azərbaycanda, o cümlədən ener­getika sahəsində aparılan islahatlar, əlverişli investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, respublikamızdakı mövcud sabitlik, əmin-amanlıq, təhlükəsizlik, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və kadr potensialı – bütün bu amillər, təbii ki, hər bir investor üçün önəmli rol oynayır.

Məlahət İBRAHİMQIZI,

Milli Məclisin deputatı

16 Yanvar 2022 00:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2022 | 09:34
Neft bahalaşdı
18 May 2022 | 09:25
Valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə