Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlar xalqımızı yeni hədəflərə ruhlandırır

“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimai gündəmdə olan, xalqımızın böyük maraqla izlədiyi bir sıra taleyüklü sualları ətraflı cavablandırdı. Dövlət başçısı Azərbaycanın hərtərəfli inkişafına təminat yaradan iqtisadi uğulara daha geniş yer ayıraraq qeyd etdi ki, ölkəmiz ötən il də bu sahədə yeni uğurlar qazanıb”. Azərbaycan Həmkarlar İttifaqları Konfe­derasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bu açıqlamasının davam;nda bildirdi.

– Cənab Prezident telemüsahibəsində söylədi ki, dünya iqtisadiyyatında hansı formada və səviyyədə böhran baş verməsindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı bütün sınaqlara hazırdır və sürətlə inkişaf edir. Bu­nun bariz nümunəsini biz hələ də bəşəriyyəti sınağa çəkən pandemiya dövründə gördük. Qısa müddətdə bütün dünyanı sosial-iqtisadi böhran bürüdü. Amma görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı duruş gətirə bildi. Ötən ilin ilkin yekunlarından da aydın görünür ki, bu iqtisadi artım davam edir. Sənaye istehsalın­da, valyuta ehtiyatlarında ciddi artım var, ixrac imkanları da genişlənir. Qeyri-neft sektorunda da inkişaf müşahidə olunur.

Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini göstərir. Dövlətimizin başçısı qeyd etdi ki, aqrar islahatlar nəticəsində ölkəmizin kənd təsərrüfatı da sürətlə ikişaf edir: “Daxili istehsal dəfələrlə artıb, üzümçülük, pambıq­çılıq genişlənir. Fermerlər üçün əlverişli şərait yaradılır. Ərzaq məhsullarının böyük hissəsi ölkəmizdə istehsal olunur. Cənab Prezidentin səsləndirdiyi rəqəmlər də bunu deməyə əsas verir. İşğaldan azad edilmiş ərazilərimizdə də kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı iş aparılır. İnanırıq ki, həmin ərazilərdə aqrar sahədə görülən işlər ölkəmizin iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq”.

Dövlətimizin başçısısının müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan abad­lıq və quruculuq işləri ilə bağlı növbəti açıqlama­sına münasibət bildirən AHİK sədri dedi:

– Möhtərəm İlham Əliyev ölkə teleməkanından xalqımıza və beynəlxalq audi­toriyaya məlumat verdi ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı proqram icra edilir. Sıfırdan salınan şəhər və kəndlərdə yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası nəzərdə tutulub. Yeni hava limanınları tikilir, 100 kilometrlərlə dəmir yolu, minlərlə kilometr avtomobil yolu çəkilir, digər irihəcmli işlər reallaşdırılır.

Qısa müddətdə bu istiqamətdə xeyli işlər görülüb. Bütün bunlar yalnız Azərbaycanın maliyyə resursları hesabına, heç bir kənar dəstək olmadan həyata keçirilir. Aparılan işlərin sürəti də göstərir ki, yaxın zamanlarda bu proses yekunlaşacaq, sakinlər öz ata-baba yur­duna qayıdaraq orada əbədi xoşbəxt yaşaya­caqlar. Bu istiqamətdə dövlətimiz əlindən gələn hər şeyi edir və buna hamımız şahidik.

İşğal altında olan torpağlarımız azad edilərkən silahlı qüvvələrimiz Ermənistan ordusunu məhv etdi. Ordumuzun gücünə bütün dünya şahid oldu, əsgər və zabitlərimiz peşəkarcasına, böyük Vətən sevgisi ilə döyüşürdülər. Onların bir amalı var idi: işğal altındakı torpaqları azad etmək. Ordumuz bu tarixi missiyanı rəşadətlə, böyük qəhrəmanlıq göstərərək yerinə yetirdi. Bu gün dünyanın bir sıra aparıcı hərbi araşdırma mərkəzlərində, həmçinin ali hərbi məktəblərdə ordumuzun II Qarabağ müharibəsində sərgilədiyi döyüş taktikası maraqla öyrənilir, əsgərlərimizin döyüş ruhu təqdir olunur, bu barədə hərbi ekspertlər məqalələr dərc etdirib fikirlərini bildirirlər.

Həqiqətən də, ordumuzun qəhrəmanlığı bü­tün dünyaya səs saldı, tarixi ədaləti, beynəlxalq hüququn pozulmuş prinsiplərini bərpa etdi. Se­paratizim layiq olduğu cəzanı aldı. Bütün bunlar Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərir. Bu gün Ermənistanda gülüş doğuran revanşist fikirlər də səslənir. Amma anlamırlar ki, qarşılarında bir müddət öncə onların ordula­rını məhv etmiş qalib və yenilməz Azərbaycan əsgəri var.

Vətən müharibəsindən sonra Ermənistan tərəfindən törədilən bütün hərbi təxribatlara da layiqli cavablar verildiyini vurğulayan deputat Səttar Möhbalıyev açıqlamasını bu sözlərlə tamamladı:

– Qarabağ zəfərimizin yaratdığı bu gerçəkliyi nəzərdə tutan müzəffər Ali Baş Komandan İlham Əliyev müsahibəsində Ermənistanda olan revaşist düşüncəli faşist tör-töküntüyə tutarlı mesaj göndərdi. Artıq onları hansı aqibət gözləyir hamıya məlumdur. Dövlətimizin başçısının “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri II Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq” bəyanatı sarsıdıcı məğlubiyyətin acısını yaşa­yan ölkə üçün ciddi xəbərdarlıqdır.

Bu güc və qüdrətin qaynağı isə xalqımızın fədakar əməyi, istehsal və quruculuq sahəsində qazanılan davamlı nailiyyətlərdir. Möhtərəm İlham Əliyev telemüsahibəsində məhz bu uğurlardan bəhs etdi və ölkəni yeni hədəflərə ruhlandırdı.

Hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti

 

16 Yanvar 2022 00:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə