Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas kapitala 16,1 milyard manat vəsait yönəldilmişdir

Ötən il ölkəmizdə əsas kapitala 16 milyard 127 milyon manat məbləğində vəsait yönəldilmişdir.

Neft-qaz sektoruna yatırılmış investisi­yaların həcmi 5,6 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 560,8 milyon manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard 29,5 milyon manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 794,3 mil­yon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 15,7 milyon manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6 faiz təşkil etmişdir.

“Xalq qəzeti”

16 Yanvar 2022 00:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2022 | 09:34
Neft bahalaşdı
18 May 2022 | 09:25
Valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə