Ən son xəbərlər
İlkin məlumatlara əsasən 2021-ci ildə ölkədə 92 milyard 857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsi bildirib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artmışdır.
ÜDM istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri və 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 9 min 269,3 manata bərabər olmuşdur.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə