Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəzarət-kassa aparatlarının əhatə dairəsi genişləndirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edib.

Dövlət Vergi Xidmətindən (DVX) verilən məlumata əsasən, əlavə və dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və digər istiqamətləri əhatə edir.

Qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də nəzarət-kassa aparatlarının (NKA) tətbiq dairəsinin genişləndirilməsi ilə bağlıdır. Belə ki, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergiödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalar vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək.

Dəyişiklik “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və gəlirlərin leqallaşdırılması, habelə həmin fəaliyyət sahələri üzrə vergi münasibətlərində şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Yeni nəsil nəzarət-kassa aparatları vergiödəyicisinin fəaliyyətinə məsafədən nəzarət olunmasına şərait yaratdığından, eləcə də NKA çevik hesablaşma forması olduğundan kassa aparatlarının tətbiq edilməlisinin fəaliyyət sahələrinin dairəsi genişləndirilir.

Nəzərə alınmalıdır ki, belə nəzarət mexanizmi qurulmadığı halda, vergiödəyicisinin fəaliyyəti operativ vergi nəzarəti tədbirləri ilə əhatə edilir, bu da vergi orqanlarına münasibətdə inzibatçılıq yükü yaradır, eyni zamanda, vergiödəyicisinin iş prosesinə təsir etməklə onun narazılığına səbəb olur.

Yeni nəsil NKA-ların tətbiq dairəsinin genişləndirilməsi, öz növbəsində “ƏDV geri al” layihəsinə də müsbət təsir göstərəcək. Bu il qanunvericiliyə edilmiş dəyişikliklərdə ƏDV-nin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid edilib. Tibb müəssisələri tərəfindən göstərilən xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədilə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, tibbi xidmətlərinin göstərilməsi sahəsində də “ƏDV geri al” mexanizmi tətbiq olunub.

Eyni zamanda, ƏDV-nin qaytarılması mexanizmi bu ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək. Mövcud qaydaların tətbiqinə başlanıldıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində müəyyən edilib ki, alkoqollu içkilər, tütün məmulatları və avtomobillərin alqı-satqısı üzrə ƏDV-nin qaytarılması prosesində xeyli sui-istifadə halları yaranır.

Bundan əlavə, alkoqollu içkilər və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğu nəzərə alınaraq, ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi məqsədə müvafiq hesab olunmur.

Qeyd olunub ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4000 manatdan çox olan ödənişlər 2022-ci il yanvarın 1-dən yalnız nağdsız qaydada həyata keçirilməlidir.

15 Yanvar 2022 15:48 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2022 | 09:34
Neft bahalaşdı
18 May 2022 | 09:25
Valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə