Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 710 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 710 yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 min 145 nəfər müalicə olunaraq sağalıb, 8 min 510 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 263 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 150, bu günə qədər isə ümumilikdə 5 milyon 997 min 160 test icra olunub.

15 Yanvar 2022 15:31 -

Köhnə versiyamızdan xəbərləri izlə