Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İRS” jurnalının növbəti nömrəsi Azərbaycan-Türkiyə diplomatik münasibətlərinə həsr olunub

Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixini xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Ankarada türk dilində nəşr olunan növbəti nömrəsində oxuculara Qarabağ həqiqətləri ilə bağlı müfəssəl məlumat verilir.

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyinə həsr olunan jurnalın bu nömrəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı rəşadətli qələbə və bu tarixi Zəfər nəticəsində regionda yaranmış yeni geopalitik vəziyyətə geniş yer ayrılıb.

Jurnalın baş redaktoru Musa Mərcanlı yazdığı “Ön söz”də bütün bu mövzulara əhatəli giriş verib.

Azərbaycan mədəniyyət naziri Anar Kərimov, ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, professor Kürşad Zorlu və digər tanınmış şəxslərin məqalələrində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış, Şuşa Bəyannaməsinin əhəmiyyəti, Qarabağın tarixi, erməni terrorizminin amansızlığı və s. mövzulardan bəhs olunur.

Türkdilli oxucuların diqqətinə çatdırılır ki, bütün mənalarda Qarabağ Azərbaycan üçün həyat deməkdir. Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan qardaşlıq və dostluq münasibətlərin inkişaf dinamikası böyük Qarabağ Zəfərində həlledici gücə malik olub.

 

 

15 Yanvar 2022 14:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə