Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq ərzaq, içki və tütün məmulatları satılıb

2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz artım olub.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf olunub. Pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.

15 Yanvar 2022 11:52 - İQTİSADİYYAT
İQTİSADİYYAT
24 May 2022 | 09:20
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə