Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 58 cinayətin üstünü “isti izlər”lə açıblar

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 14-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 58 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

 

15 Yanvar 2022 10:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə