Ən son xəbərlər
Tender 3 lot üzrə keçirilir.
Lot-1. DAP Bakı şərtində 2370 ton nasos kompressor borularının satın alınması.
Lot-2. DAP Bakı şərtində 3000 ədəd ştanq, 19 mm mufta protektorla birgə və 3000 ədəd ştanq 22 mm mufta və protektorla birgə satın alınması.
Lot-3. DAP Bakı şərtində 980 ədəd ştanqlı quyu nasoslarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Satınalma müqaviləsinin icrasında tədarük edilən mallar idxal vergisindən azaddır və sıfır faiz (0%) ilə ƏDV-yə cəlb edilir.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:
İştirak haqqı Lot-1 üçün 300 manat, Lot-2 və Lot-3 üçün hər birinə 200 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bankın adı – “Kapital Bank ASC”-nin Nəsimi filialı
VÖEN– 990003611
KOD– 200112
SWIFT– AIIBAZ2X
M/h– AZ37NABZ01350100000000001944
H/h– AZ02AIIB40015019440012467111 AZN
H/h– AZ89AIIB40115018400012467111 USD
H/h– AZ69AIIB40115019780012467111 EUR
VÖEN– 9900077231
İştirakçılar əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi (əlaqələndirici şəxs Lalə Nəzərovadan, telefon–(012) 452-14-84, elektron poçt ünvanı– [email protected]) ünvandan ala bilərlər.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2022-ci ildə notariusdan təsdiq edilmiş surəti);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender iştirakçıları müəssisələri haqqında məlumatları və iştirak etmək üçün ərizəni 17 fevral 2022-ci il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi və digər sənədləri isə 24 fevral 2022-ci il saat 17.00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ-1042 Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır.
Tender zərflərinin açılışı proseduru 25 fevral 2022-ci il saat 11.00-da “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin konfrans zalında (Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi) keçiriləcəkdir.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə