Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yer Elmləri bölməsinin büro iclası keçirilib

AMEA-nın Yer Elmləri bölməsinin büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

science.gov.az saytı yazır ki, iclası akademik Fəxrəddin Qədirov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbirdə ilk olaraq AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxılıb. Bölmə müzakirədən sonra müvafiq qərar qəbul edib. Sonra geologiya-minerologiya üzrə fəlsəfə doktoru Aliyə Babazadənin AMEA-nın Geologiya və Geofizika İnstitutunun Paleontologiya və stratiqrafiya şöbəsinin müdiri vəzifəsinə təsdiq olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsadət qaldırılıb. Tədbirdə Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının nəşr üçün təqdim etdikləri əsərlərin müzakirəsi aparılıb, müvafiq qərar qəbul olunub.

Gündəlikdə yer alan növbəti məsələ "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı" ilə bağlı olub. Ölkə Prezidenti İlham Əliyevin sözügedən Dövlət Proqramının təsdiq edilməsi haqqında 15 noyabr 2018-ci il tarixində sərəncam imzaladığını xatırladan AMEA-nın elmi katibi Sadıx Nəbiyev  bildirib ki, sənədə əsasən akademiya qarşısında bir sıra vəzifələr qoyulub. Müzakirədən sonra məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, elmi müəssisələrə təkliflər hazırlamaq tapşırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

23 Noyabr 2018 17:27 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə