Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaş üzvü olduğu cəmiyyətin problemlərinə biganə qalmamalıdır

Məlum olduğu kimi, bu il yanvarın 12-də Prezident İlham Əliyev yerli tele­viziya kanallarına müsahibə verərək jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Dərhal qeyd etmək istərdim ki, bu, çox parlaq, dərin məzmunlu müsahibədir. Hamı kimi, mən də böyük diqqət və maraqla müsahibəni televizi­yadan izlədim. Müsahibədə Azərbaycan iqtidarının uğurlu daxili və xarici siyasətinin bir çox aspektləri şərh olu­nub, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli fikirlər səsləndirilib. Bu məsələlər ölkə ictimaiyyətində, o cümlədən, vətəndaş cəmiyyəti fəalları arasında dərin razılıq hissi doğurub.

Ölkəmizdə son illər uğurla kadr islahatları aparı­lır. Yüksək peşəkar, modern təfəkkürlü, milli dövlətçiliyimizə qəlbən bağlı olan gənc, perspektivli kadrlar irəli çəkilir. Prezident İlham Əliyev demiş­dir: “Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları apa­rılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Admi­nistrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”.

Eyni zamanda, cəmiyyətdə kadrların fəaliyyətinə ictimai nəzarət gücləndirilir. Dövlətimizin başçısı dəfələrlə cəmiyyətə müraziət edib ki, hər bir vətəndaş korrupsiyaya qarşı cəsarətli olsun, bununla bağlı öz fikrini bildirsin. Şübhə etmirəm ki, ictimai nəzarət bir çox məmurları cinayət xarak­terli işlərdən çəkindirə bilər.

Yeri gəlmişkən, ölkədə icti­mai nəzarətin güclənməsində medianın danılmaz rolu var. Təsadüfi deyil ki, dövlətimizin başçısı bu barədə danışarkən demişdir: “Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Təqdirəlayiq haldır ki, Azərbaycanda korrupsiyanın meydanı daraldılır. Ölkəmizdə ASAN modelinin tətbiq olunması cəmiyyət tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Bu, müasir idarəçilikdə sırf Azərbaycan modelidir. Bu gün sivil dünya bizim bu sahədəki təcrübəmizdən bəhrələnməyə çalışır. Bu, çox qürurvericidir!

Azərbaycan cəmiyyəti bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi və yüksək səriştəli idarəçiliyi ilə bütün sahələrdə və istiqamətlərdə uğurla inkiişaf edir. Bu mühüm missiyada vətəndaş cəmiyyəti fəalları da əllərindən gələni etmək əzmindədirlər.

Esmira RƏHİMOVA,

“Ailələrə sosial dəstək” İctimai Birliyinin sədri

15 Yanvar 2022 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə