Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MDB Parlamentlərarası Assambleya Şurasının iclası Qazaxıstanda keçiriləcək

 

 MDB Parlamentlərarası Assambleya Şurasının martın sonunda Qazaxıstanda keçirilməsi nəzərdə tutulan iclasının təxirə salınması və ya ləğvi üçün heç bir əsas yoxdur.

MDB Parlamentlərarası Assambleya Şu­rasının və Rusiya Federsiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Qazaxıstan­dakı vəziyyət stabilləşir, ona görə də iclasa hazırlıqlar davam edir: “Bununla yanaşı biz xarici tətəfdaşlarımızı bu təntənəli tədbirə dəvət etmək niyyətindəyik. Qazaxıstanda da bu iclasın keçirilməsinə maraqlıdırlar”.

Qeyd edək ki, Assambleya bu il 30 illiyini qeyd edir. Bu qurumun yaradılması barədə saziş 1992-ci ildə Almatıda imzalanıb. Bu­nunla əlaqədar olaraq Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə Şuranın növbəti iclası və bununla bağlı tədbirlər Almatıda keçiriləcək.

“Xalq qəzeti”

14 Yanvar 2022 23:54 -

Köhnə versiyamızdan xəbərləri izlə