Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə Ermənistan ilkin şərtlər olmadan danışıqları davam etdirməyə razılaşıblar

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib.

Türkiyə Xarici İşlər Nazirlyinin bəyanatında deyilir ki, ilk görüşdə tərəflər Türkiyə ilə Ermənistan arasında dialoq vasitəsilə reallaşdırılacaq normallaşma prosesinin gedişatı ilə bağlı fikir mübadiləsi aparıblar: “Tərəflər müzakirələri tam nor­mallaşma məqsədilə ilkin şərtlər davam etdirmək barədə razılıq əldə ediblər. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş keçirilib.

“Xalq qəzeti”

14 Yanvar 2022 23:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə