Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

10-14 yanvar 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində "Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

FHN-dən verilən məlumata görə, kurslarda iştirakçılara əhalinin baş verə biləcək fövqəladə hadisələrdən qorunma üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rolu ilə bağlı məşğələlər keçirilib. Eyni zamanda, kurslarda zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə, mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsinə dair mövzular da diqqət mərkəzində olub. Kurslarda mövzulara aid fotoslaydlar təqdim olunub.

Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olublar.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

14 Yanvar 2022 16:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə