Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Qadınlar Şurasının iclası keçirilib

AMEA-nın Qadınlar Şurasının (QŞ) təşkilatçılığı ilə 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir keçirilib. İclası şuranın sədri, professor Rəna Mirzəzadə açaraq BMT Baş Assambleyasının 1999-ci ildə qəbul etdiyi qərarla 25 noyabrın dünyada qeyd olunduğunu söyləyib. O, AMEA-nın elmi müəssisələrində yerli şuraların yaradılması istiqamətində işlərin davam etdiyini bildirib.

Sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı Zeynəddin Şabanovun “BMT-nin SEDAV konvensiyası” və Şərq-Qərb Qadın İnkişaf Mərkəzinin sədri Mahrux Nəcəflinin “Gender əsaslı diskriminasiya və elm” mövzularında məruzələri dinlənilib.

science.gov.az saytı yazır ki, sonda şuranın gələcək fəaliyyət istiqamətlərilə bağlı suallar cavablandırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

23 Noyabr 2018 17:19 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə