Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Volkswagen" Çində iki zavodunu bağlayıb

Almaniyanın "Volkswagen" avtomobil konserni və onun çinli tərəfdaşı FAW Çinin Tyantszin şəhərində koronavirusun yayılması ilə əlaqədar iki zavodun fəaliyyətini müvəqqəti dayandırıb.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Almaniya şirkətinin bəyanatında deyilir.

Qeyd olunub ki, həmin zavodlarda FAW-Volkswagen avtomobillərinin, eləcə də avtomobil komponentlərinin istehsalı dayandırılır.

Zavodların fəaliyyətinin nə zaman bərpa olunacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Tyantszin şəhərində son iki gün ərzində 70-dən çox yoluxma qeydə alınıb.

14 Yanvar 2022 17:08 - TEXNİKA
TEXNİKA
29 Yanvar 2022 | 08:14
Satış artıb
25 Yanvar 2022 | 06:20
PUA ixracı üzrə saziş

Köhnə versiyamızdan xəbərləri izlə