Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il regionlarda 4 DOST mərkəzi açılacaq

“DOST Agentliyi artıq Bakı şəhərini tam əhatə edir”.

 Bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə yeni mərkəzlərin açılması ilə, eyni zamanda 5 saylı DOST mərkəzinin açılması ilə Bakıda mərkəzlərin sayı yekunlaşdırılacaq: “Bu il əsas regional mərkəzlərin Bərdədə, Qubada, Sabirabadda və Gəncə şəhərində açılması planlaşdırılır. Gəncə DOST mərkəzi ilə bağlı layihə artıq təsdiqlənib. Çox güman ki, bu ilin sonu, yaxud gələn il Gəncə DOST mərkəzinin açılışı baş tutacaq".

S. Alıyev qeyd edib ki, əsas məqsədlərdən biri “Virtual DOST” layihəsini həyata keçirmək, mərkəzlərə birbaşa gəlmədən müxtəlif kanallar vasitəsilə müraciət edib xidmətlərdən yararlanmaqdır: ""Virtual DOST” DOST-un gələcək əsas fəaliyyətlərindən biri olacaq”.

14 Yanvar 2022 15:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə