Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

RİNN universal poçt xidmətləri üzrə tariflərin dəyişməsini şərh edib

“Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri (UPX) üzrə tariflər yenilənib. Buna səbəb “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri üçün tətbiq olunan tariflərin maya dəyərindən çox aşağı olmasıdır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqlamasında deyilir.

Qeyd olunur ki, mövcud tariflər 1 fevral 2011-ci il tarixində qüvvəyə minib və ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əmək haqlarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib.

“Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə “Azərpoçt” MMC üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib.

Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb”, - məlumatda deyilir.

Qeyd edək ki, tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırılıb.

Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və qismən maya dəyərinə uyğunlaşdırılıb.

Xatırladaq ki, sözügedən xidmətlər daha çox dövlət qurumları tərəfindən istifadə olunur (80-85%), xidmət istifadəçilərinin az hissəsini vətəndaşlar təşkil edir.

14 Yanvar 2022 14:44 - TEXNİKA
TEXNİKA
29 Yanvar 2022 | 08:14
Satış artıb
25 Yanvar 2022 | 06:20
PUA ixracı üzrə saziş

Köhnə versiyamızdan xəbərləri izlə