Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyinin mütəxəssisi "Omicron" ştamının əlamətlərini açıqlayıb

"Omicron” ştamı COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun “Omicron" ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O, “Omicron” ştamının spesifik simptomlarına aydınlıq gətirib: “Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “Omicron” və “Delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil”.

14 Yanvar 2022 12:05 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə