Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Estoniya Ukraynanı səhra xəstəxanaları ilə təmin edəcək

Estoniya Ukrayna ordusunu müasir modul tipli səhra xəstəxanası, eləcə də silahlarla təmin etmək niyyətindədir. Bu barədə Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk bildirib. Xəbəri UNİAN agentliyi yayıb.

“Biz Estoniyada sizə bəzi silahlar da gətirə bilərik və Almaniya ilə birlikdə tezliklə Ukraynaya dünyanın ən müasir səhra xəstəxanasını gətirəcəyik”, - səfir deyib.

Onun sözlərinə görə, hərbi hospitalın özəlliyi ondan ibarətdir ki, bir saata tikilib sökülür. O qeyd edib ki, səhra xəstəxanaları Estoniyada istehsal olunur və onların istehsalı Almaniya tərəfindən maliyyələşdirilir.

Bu yaxınlarda Estoniya Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Piter Kuymet bildirib ki, ölkə Ukraynaya tank əleyhinə silahlar, Javelin raket sistemləri və 122 millimetrlik haubitsalar verməyə hazırdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsi qaldığı üçün Ukraynanın bir çox qonşuları, o cümlədən Estoniya hökuməti bundan narahatdır.

Estoniyanın dövlət və hökumət başçıları dəfələrlə Ukray­nadan olan həmkarları ilə əlaqə saxlayaraq, bu ölkəyə hər cür dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Ukrayna Prezidenti Vladimir Zelenski qarşı tərəfə bu dəstəyə görə təşəkkür edib.

Rəsmi Kiyev Rusiyanı Ukrayna ilə sərhəddə yüz minə ya­xın ordu toplamaqda və hücuma hazırlaşmaqda ittiham edir. Rusiya rəsmiləri isə bunu inkar edirlər, əksinə, Ukraynanın Donbasda hərbi əməliyyatlara başlayacağını iddia edirlər.

Qərb dövlətləri, xüsusilə ABŞ Rusiya və Ukrayna arasın­da gərginliyin azalması üçün həm diplomatik kanallarla, həm də NATO çərçivəsində səylərini artırıblar. Müzakirələrin necə bitəcəyi hələlik məlum deyil.

M.HACIXANLI,

 “Xalq qəzeti”

14 Yanvar 2022 05:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
29 Yanvar 2022 | 10:16
Yaroş icarəyə verilib
29 Yanvar 2022 | 09:12
Ordu Malidən çıxarılır
29 Yanvar 2022 | 08:54
İraq və İordaniyada şaxtalar
29 Yanvar 2022 | 08:52
Stefan Düjarrikin açıqlaması
29 Yanvar 2022 | 08:15
Qızıl istehlakı artıb

Köhnə versiyamızdan xəbərləri izlə