Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KTMT hərbi kontingenti Qazaxıstanı tərk etməyə başlayıb

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev yanvarın 13-dən ölkənin üç vilayətində fövqəladə vəziyyət rejimini ləğv edib. Bu barədə fərmanlar dövlət başçısının saytında dərc edilib. Məlumatı “Anadolu” verib.

Fövqəladə vəziyyət rejimi Qərbi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində yanvarın 5-də tətbiq edilmişdi.

Qazaxıstan Prezidenti dünən Almatıda operativ qərargahın iclasında çıxışı zamanı elan edib ki, artıq ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar başa çatıb və yanvarın 13-dən etibarən KTMT hərbi kon­tingenti Qazaxıstanı tərk etməyə başlayır.

Tokayev deyib: “KTMT kontingentinin çıxarılmasına başlanılır. Müvafiq dövlətlərin başçıları ilə danışığım oldu. Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində görülmüş işlərə görə kon­tingentin komandanlığına minnətdarlığımı çatdırıram. KTMT kontingentinin Qaza­xıstana, o cümlədən Almatıya gəlməsinin özü ölkəmizdə vəziyyətin sabitləşməsi nöqteyi-nəzərindən çox böyük rol oynadı. Şübhəsiz ki, terrorçuların və banditlərin təcavüzünü dəf etməkdə bunun böyük psixoloji əhəmiyyət oldu. Missiyanı çox uğurlu qiymətləndirirk. Bir daha həmkarlarıma – dövlət başçılarına minnətdarlığımı bildirirəm”.

Qazaxıstanın “Ataməkan” Milli Sahibkarlar Palatası­nın hazırladığı məlumata görə isə ölkədə baş vermiş qarışıqlıqlar nəticəsində dəymiş ümumi ziyan 104 milyard təngə (241 milyard dollar) təşkil edir. Bu barədə məlumatı Qazaxıstanın “Qa­nun.kz” saytı yayıb.

Təxmini hesablamalara görə, təkcə Almatıda ümumi zərər 103,7 milyard təngə həcmində qiymətləndirilib. Ölkənin 11 regionu üzrə 1615 biznes subyekti, yalnız Almatıda 1506 subyekt, o cümlədən 1482 ticarət, 44 ümumi yeyinti, 61 maliyyə, 23 loqistika sahəsi, eləcə də 5 KİV zərər çəkib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

14 Yanvar 2022 05:41 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
29 Yanvar 2022 | 10:16
Yaroş icarəyə verilib
29 Yanvar 2022 | 09:12
Ordu Malidən çıxarılır
29 Yanvar 2022 | 08:54
İraq və İordaniyada şaxtalar
29 Yanvar 2022 | 08:52
Stefan Düjarrikin açıqlaması
29 Yanvar 2022 | 08:15
Qızıl istehlakı artıb

Köhnə versiyamızdan xəbərləri izlə