Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda geniş quruculuq işləri böyük vüsət alıb

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdıqdan bir həftə sonra Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Həmin gün Qarabağda quruculuq işlərinin təməli qoyuldu. Sonradan möhtərəm Prezidentimiz ölkənin birinci xanımı ilə birlikdə işğaldan azad edilmiş rayonların, hamısına səfər etdi və bərpa-quruculuq işləri geniş vüsət aldı. Hazırda bir sıra beynəlxalq şirkətlər də bu işə qoşulublar. Bu gün bir neçə rayonda yenidənqurma işləri baş plan əsasında aparılır. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə ətraflı məlumat verib.

Möhtərəm Prezidentimiz bildirdi ki, keçən il həmin ərazilərdə çox böyük proqramın icrasına başlanılıb. Həm ölkə vətəndaşları, həm də beynəlxalq ictimaiyyət şahiddirlər ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıq­da, Qarabağda başlanılan yenidənqurma, bərpa və quruculuq işləri tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın özəlliyi ondadır ki, ölkəmiz heç kimdən yardım istəmədən və almadan öz vəsaiti, gücü, resursları hesabına bu işləri həyata keçirir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu mürəkkəb işlərin həyata keçirilməsi üçün, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi işləri aparılmalıdır. Məlum ol­duğu kimi, Ermənistan ordusu Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il müddətində sanki əsas vəzifəsi ərazilərin minalanması olub. Bu, düşmənin ən məkrli niyyətlərindən biri olub və həmin ərazilərə on minlərlə mina basdırılıb.

Təbii ki, yenidənqurma və bərpa işlərinə başlananda, əsas vəzifə ərazilərin minalardan təmizlənməsi olmalıdır. Möhtərəm Prezidentimiz də bu məsələni diqqətə çatdırdı: “Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi. Bu proses gedir. Əfsuslar olsun ki, bu günə qədər biz insanları itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayı­dış proqramına başlaya bilmərik. Odur ki, mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xətləri, yollar. O sahələr təmizlənməli idi ki, artıq biz bu işlərə başlaya bilək. Digər tərəfdən “baş planı hazır olan şəhərlərin də minalar­dan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə gedir”.

Həmin ərazilərdə infrastruktur yara­dılmasa, hərbçilər üçün xidmət aparılma­sında ciddi problemlər yarana bilər. Çünki azad edilmiş torpaqların, xüsusilə, dağlıq ərazilərin relyefi belədir. Ölkə rəhbəri qeyd etdi ki, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşa­mayıb, yol olmayıb. Oktyabr ayından yağmaya başlayan qar, may ayında əriyir. Möhtərəm Prezidentimiz dedi ki, təkcə o bölgələrdə – Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı – Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çəkilib. Çox çətinliklər olsa da, bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik.

Həmin ərazilərdə elektrik təsərrüfatının yaradılması prosesinə də start verildi və bir il ərəzində bütün azad edilmiş torpaq­larda 7 yarımstansiya inşa edildi. Xüsusilə, Kəlbəcər rayonuna qışda hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi. Bu, doğrudan da, böyük fədakarlıqdır və ölkəmizin potensialını göstərir.

Dövlət başçımız qeyd etdi ki, inf­rastruktur layihələri ilə bərabər, yaşayış kompleksinin inşasına da start verilib. Məsələn, Şuşada bu işə artıq başlanı­lıb, Ağdamda, digər yerlərdə, kəndlərdə məktəb və xəstəxanaların təməli qoyulub. Yaxın illərdə Qarabağ dünyanın ən gözəl diyarlarından birinə çevriləcək.

Azər SÜLEYMANOV,

YAP Nəsimi rayon təşkilatının sədri

14 Yanvar 2022 04:58 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Yanvar 2022 | 10:55
Neft bahalaşıb
27 Yanvar 2022 | 10:18
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə