Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix məlum oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, altıncı Formula 1Azərbaycan Qran Prisi 2022-ci il iyunun 10-12-də keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatına start verib.

Könüllülər proqramına azı 16 yaşı olan, ingilis dilini əla bilən (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlıq göstərən gənclər müraciət edə bilərlər. Müraciət etmək istəyənlər http://vo­lunteers.bakucitycircuit.com linkinə daxil ola­raq könüllü kimi qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğun­dan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşa­çı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

Bir qayda olaraq, əməliyyat şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə ya­naşı onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Burada əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı, onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.

“Xalq qəzeti”

14 Yanvar 2022 04:45 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə