Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 8 Bakı şəhəri, 13 yanvar 2022-ci il

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumla­rın.Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Kons­titusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeli-yində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi ştat vahidləri və ona məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635, № 11, maddə 2174; 2018, № 6, maddə 1353, № 9, maddə 1951; 2019, № 6, maddə 1151, № 8, maddələr 1462, 1477; 2020, № 10, maddə 1305; 2021, № 4, maddə 394) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumla­rın Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin “7. Digər qurumlar” hissəsinin 7.1-ci bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası­nın İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə