Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub

Səfir Cahit Bağçı Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə bağlı paylaşım edib.

 Türkiyənin Azərbaycandakı səfirinin sosial şəbəkədəki hesabında etdiyi paylaşımda deyilir:

"Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla münasibətlərinin təməli Cümhuriyyətimizin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə Ümummilli lider Heydər Əliyevin “Tək Millət, İki Dövlət”iz sözlərinin birləşməsidir", - diplomat bildirib.

Türkiyəli diplomat qeyd edib ki, bu anlayışı əlaqələri strateji səviyyədən müttəfiqlik səviyyəsinə qaldıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin imza atdıqları "Şuşa Bəyannaməsi" daha da qüvvətləndirib.

"Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü qutlu, qardaşlığımız daim olsun", - Cahit Bağçı vurğulayıb.

14 Yanvar 2022 09:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə