Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava təmizləyən maşın təqdim edildi

“Mercedes” avtomobil idarə edərkən ətrafdakı havanı təmizləyən “Sustaineer” furqonlu maşını təqdim edib.

 

"Xalq qəzeti" xarici mediaya istinadən xəbər verir ki, avtomobil elektrik mühərriki ilə təchiz olunub ki, bu da onun atmosferə karbon qazı və digər yanma məhsullarını buraxmasının qarşısını alır. Eyni zamanda, “Sustaineer” avtomobili idarə edilərkən ətrafdakı havanı təmizləyə bilər.

 

İstehsalçının hesabatından göründüyü kimi, avtomobil radiator sahəsində və avtomobilin dayağı altında yerləşən incə filtrlərlə təchiz olunub.

 

Həmçinin, avtomobilin damına günəş panelləri yerləşdirilib.

 

Sustaineer, daha yavaş köhnələn və toz emissiyalarını azaldan keramika örtüklü çuqun disk əyləclərinə malikdir.

 

Avtomobilin salonu təkrar emal edilmiş materiallardan hazırlanıb. İçərisində təbii günəş işığına uyğun gələn "bioloji aktiv" işıqlandırma var. Avtomobild yolun səthini və maneələrin olub-olmamasını təhlil edən, sürücünü təhlükə barədə xəbərdar edən yol monitorinq sistemləri də var.

 

“Sustaineer”in dəyəri, nə də satışa buraxılış tarixi açıqlanmır. Bununla yanaşı, şirkətdən maşının böyük sayda istehsal üçün nəzərdə tutulmaqla istehsal ediləcəyini bildirilib.

13 Yanvar 2022 17:18 - TEXNİKA
TEXNİKA
29 Yanvar 2022 | 08:14
Satış artıb
25 Yanvar 2022 | 06:20
PUA ixracı üzrə saziş

Köhnə versiyamızdan xəbərləri izlə