Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada karantin qaydalarını pozan beş obyektlə bağlı tədbir görülüb

Qubada xüsusi karantin rejim qaydalarına əməl etməyən obyektlər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoranlar aşkarlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Nasidə Şahnamazova, Arif Babayev, Fərid Əhmədov, Ülvi Osmanlı və Şahin Talıbov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

13 Yanvar 2022 12:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə