Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Omicron" ştamına yoluxmuş şəxslərin vəziyyəti açıqlanıb

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

 "Xalq qəzeti" xəbər verir ki, məlumatda deyilir: "Koronavirusun "Omicron" ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb. Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.

Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".

13 Yanvar 2022 11:53 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə