Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli alimlər: “TURKOVAC” “CoronaVac” qədər təhlükəsiz və təsirlidir

Koronavirus Elmi Komitəsinin üzvü professor Serhat Ünal və professor Mine Durusu Tanrıöver "TURKOVAC" peyvəndi ilə bağlı açıqlamalarında bildiriblər ki, koronavirus əleyhinə istifadəsinə başlanılan Türkiyənin "TURKOVAC" vaksini ən azı "CoronaVac" vaksini qədər təhlükəsiz və təsirlidir.

M.Tanrıöver qeyd edib ki, "CoronaVac" və "TURKOVAC"ın yan təsirləri eynidir: “TURKOVAC” ən azı "CoronaVac" qədər təhlükəsiz və təsirlidir. "TURKOVAC" peyvəndi tətbiq edilən şəxslərdən xəstəxanaya yerləşdirilən cəmi 3 xəstə var idi. Onların heç birinin oksigenə ehtiyacı yox idi, hər hansı bir fəsad olmadan evə buraxıldılar".

Qeyd edək ki, 2021-ci ilin dekabrında Türkiyədə koro­navirusa qarşı yerli TURKOVAC vaksininin tətbiqinə icazə verilib, həmin gündən etibarən vaksinin kütləvi istehsalı başlayıb. Yaxın zamanlarda vaksinin Azərbaycana da göndəriləcəyi gözlənilir.

“Xalq qəzeti”

13 Yanvar 2022 04:07 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə