Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxt sakininə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə dekabrın 28-də saat 22 radələrində A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onu bıçaqla hədələyib 70 manat məbləğində pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxs - Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Orucov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

12 Yanvar 2022 16:09 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə